Ərdoğan Tillersona Ankaranın ABŞ-dan gözləntilərini çatdırdı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın dövlət
katibi Reks Tillersonla danışıqlarında Birləşmiş Ştatlar rəsmisinə
rəsmi Ankaranın Amerikadan Suriya və İraqla bağlı gözləntilərini
çatdırıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə
lideri administrasiyasındakı mənbə jurnalistlərə bildirib.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ dövlət katibi
Reks Tillerson regional problemləri, başlıca olaraq Suriya və İraq
məsələsini, həmçinin ikitərəfli münasibətləri və terrorçuluğa qarşı
mübarizəni müzakirə etdilər. Türkiyənin gözləntiləri Amerika
tərəfinə açıq şəkildə çatdırıldı”, – deyə mənbə qeyd edib.

Ərdoğan və Tillersonun ötən gün baş tutan görüşü 3 saatdan artıq
davam edib. ABŞ-ın dövlət katibi Yaxın Şərqə fevralın 11-də
başlayan səfəri çərçivəsində Misirdə, Küveytdə, İordaniyada və
Livanda olub.

Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə
Tillerson arasında görüş olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp