“Zeytun budağı” əməliyyatında 7 türk əsgəri yaralandı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə
birlikdə Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı”
əməliyyatında 7 türk əsgəri yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə
Silahlı Qüvvələri məlumat yayıb.

Məlumatda bildirilir ki, əsgərlər iki ayrı silahlı əməliyyatda
xəsarət alıblar. Bildirilir ki, “Zeytun budağı” əməliyyatı
nəticəsində məhv edilən terrorçuların sayı 1528-ə çatıb.

Xatırladaq ki, “Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də
başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp