Xaricdə dini təhsil alanlar Dövlət Komitəsinin razılığı ilə bunu edə biləcəklər



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlham Əliyev Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli fərmanı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
fərman imzalayıb.

Dəyişikliklərə əsasən “Azərbaycan Respublikasının Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 7.9-5-ci
bəndi aşağıdakı redaksiyada verilir:

“7.9-5. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası
Qanununun 24-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, dini
mərkəz tərəfindən vətəndaşların təhsil almaq üçün xarici ölkələrin
dini tədris müəssisələrinə göndərilməsinə, dini tədris müəssisələri
tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və
mütəxəssislərinin mübadiləsinə razılıq verilməsi;”.

7.10-3-cü bəndə “vətəndaşlığı olmayan şəxslər” sözlərindən sonra
“(dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna
olmaqla)” sözləri əlavə edilir.

Aşağıdakı məzmunda 7.10-14-cü bənd əlavə edilir:

“7.10-14. Qafqaz Müsəlmanları İdarəsinin müraciəti əsasında
xaricdə dini təhsil almış Azərbaycan Respublikası vətəndaşlarının
islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxılması üçün
razılıq verilməsi;”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp