Xəzər sammiti ilin ikinci yarısında keçiriləcək



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti bu ilin
ikinci yarısında keçiriləcək”.

Bunu Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov
deyib.

O bildirib ki, sammitdə Xəzərin statusuna dair Konvensiyanın
imzalanması gözlənilir: “Bu sənəd Azərbaycan, Qazaxıstan, Rusiya,
Türkmənistan və İran arasında imzalanacaq bir sənəddir. Tərəflər
bütün detallarda razılaşıblar. Sənədin mətni demək olar ki,
hazırdır”.

Nazir qeyd edib ki, hazırda bəzi daxili prosedurların başa
çatması gözlənilir, bundan sonra sammitin dəqiq vaxtı açıqlanacaq.
(apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp