Vaşinqtondan yeni QARABAĞ PLANI, PKK ilə birləşib BAKI və ANKARAYA…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ABŞ Ermənistana Rusiyadan silah almamaq haqda
xəbərdarlıq edib. Türkiyənin Müdafiə naziri Nurəddin Canikli və
ABŞ-ın Müdafiə naziri Ceyms Mettis Brüsseldə görüşüb. Ceyms Mettis
Türkiyəyə skandal bir təklif verib. Əfqanıstanın Taliban hərəkatı
ABŞ-a ünvanlanan açıq məktubu dərc edib. NATO ölkələrinin müdafiə
nazirləri alyansın Avropa sərhədlərində “hərbi Şengen” zonası
yaratmaq barədə qərar qəbul ediblər.

“Rusiyanın Qarabağ münaqişəsinin həllini tapacağına
ümidi var”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin
rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə
Rusiyanın Azərbaycan, Ermənistan və Rusiyada keçiriləcək prezident
seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanma
prosesini necə görməsi ilə bağlı suala cavabında bildirib.

Rusiyada heç vaxt anti-erməni əhval-ruhiyyə
olmayıb.
Bunu Rusiya Dumasında təşkil edilən “Vmeste”
Rusiya-Ermənistan sərgisində çıxışı zamanı Liberal Demokrat
Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

“Qarabağ konfliktinin həlli onun Rusiyanın tərkibinə daxil
olması ola bilər. Lakin Qarabağ Rusiyadan çox uzaqda yerləşir.
Ermənistan ölkədə Rusiya hərbçilərinin sayını artırmalıdı və hər
zaman şimala – Moskva və Kremlə baxmalıdır. Moskva erməniləri
istənilən zaman qoruyur. Cənub istiqaməti Rusiya üçün prioritetdir.
Ermənistan bizim üçün vacib geostrateji nöqtədir. Ermənistan öz
düşmənləri ilə hər zaman bacarıb, amma məhz Rusiya erməni dövlətini
gücləndirməyə və inkişaf etməyə yardım edib. Bizə qədər Ermənistan
hissələrə parçalanmışdı. Ona görə də Ermənistan dövlətinin siyasi
xəritədə mövcudluğu Rusiyanın xidmətidir. Ermənistan hər zaman
dəstəyə görə Rusiyaya minnətdar olacaq”, – deyə o bildirib.

“ABŞ-ın Moskvaya qarşı sanksiyaları Azərbaycan və
Ermənistanın Rusiyadan silah almasını azalda bilər”.

Bu barədə rusiyalı hərbi ekspert Pavel Felgenhauer Ermənistan
mediasına açıqlamasında deyib.

ABŞ Ermənistana Rusiyadan silah almamaq haqda
xəbərdarlıq edib.
Bu barədə “Aykakan Jamanak”
qəzetinə ABŞ-ın İrəvandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, Vaşinqton İrəvana bu məsələ ilə bağlı xəbərdarlıq
məktubu ünvanlayıb.

“Ermənistan PYD/YPG-yə Türkiyə ilə müharibədə dəstək
verməlidir”.
Bu barədə Rusiyanın erməni əsilli hərbi
eksperti Semyon Baqdasarov deyib.

Moskva-İrəvan canlı konfransında çıxış edən Baqdasarov
Türkiyənin “tarixi düşmənimiz” olduğunu bildirib.

“Oturmamalı, ortaq tarixi düşmənimiz Türkiyəyə qarşı güclərimizi
səfərbər etməliyik. Türkiyənin cənub-şərqi Ermənistanla sərhəddir.
Unutmamalıyıq ki, bura Qərbi Ermənistan torpağıdır”, – deyə o iddia
edib.

Baqdasarov Ermənistanın PKK/PYD-yə Türkiyə ilə mübarizədə dəstək
verməsini vacibliyini vurğulayaraq, əlavə edib ki, “PKK və PYD/YPG
liderləri ilə Qarabağda hərbi ittifaq qurmalıyıq”.

Türkiyənin Müdafiə naziri Nurəddin Canikli və ABŞ-ın
Müdafiə naziri Ceyms Mettisin Brüsseldə keçirilən görüşü barədə
Pentaqondan açıqlama verilib.

“PKK və terrora qarşı Türkiyənin yanındayıq”, – Pentaqondan
bildirilib.

Qeyd edək ki, nazirlərin görüşü zamanı Suriya ərazisində həyata
keçirilən “Zeytun budağı” anti-terror əməliyyatı, ABŞ-ın Türkiyəyə
qarşı olan terror təşkilatlarına yardım etməsi səbəbindən iki ölkə
arasında yaranmış gərginliyə dair məsələlər və s. ətrafında
müzakirələr aparılıb.

Türkiyənin müdafiə naziri Nurəddin Canikli ABŞ-ın
Müdafiə naziri Ceyms Mettislə Brüsseldə keçirdiyi görüşdən sonra
amerikalı həmkarının skandal təklifi barədə danışıb.

Türkiyəli nazirin sözlərinə görə, Pentaqon rəhbəri YPG-ni PKK
terror təşkilatına qarşı döyüşdürə biləcəklərini deyib.

Türkiyə ilə əsas hədəflərimiz tamamilə
ortaqdır.
Bu sözləri ABŞ Dövlət katibi Reks Tillerson
deyib.

“YPG-yə ağır silah verməmişik, buna görə də onlardan geri
alınası heç nə yoxdur”, – Tillerson bildirib.

Suriyada hərbi anbarın partlaması nəticəsində
Rusiyanın özəl hərbi şirkətlərindən birinə məxsus 15 muzdlu həlak
olub.
Bu barədə informasiyanı “Qardian” qəzeti yayıb.
İnsidentin Deyr əz-Zor vilayətinin şimal-şərqində baş verdiyi
bildirilir.

Muzdlular burada Suriya hökumətinin nəzarətində olan neft və qaz
yataqlarının mühafizəsinə cavabdeh olublar. Onlar həmçinin hökumət
qüvvələrini Suriya Demokratik Qüvvələrinin nəzarətində olan
yataqlara irəlilədikləri vaxt müşayiət ediblər. Bu zaman Əsəd
rejiminin əsgərləri silah anbarına daxil olmaq istəyiblər, amma
anbarda quraşdırılan tələyə düşüblər. Nəticədə 23 nəfər həlak olub
ki, bunun 15-i rus muzdlularıdır.

ABŞ kürd müttəfiqləri ilə birlikdə praktik olaraq
Suriya ordusuyla açıq qarşıdurmaya daxil olur.
Bu
haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya
Zaxarova bildirib.

“Faktiki Et-Tanf ərazisində 55 kilometrlik zona Amerika
hərbçiləri tərəfindən işğal olunub”, – o deyib.

Zaxarov qeyd edib ki, amerikalılar Türkiyəni təhrik edərək İraq
ərazisi vasitəsilə kürd silahlılarına yeni silah konvoyları
göndərir.

NATO ölkələrinin müdafiə nazirləri alyansın Avropa
sərhədlərində “hərbi Şengen” zonası yaratmaq barədə qərar qəbul
ediblər.
Bu barədə “RİA Novosti” Brüsseldəki
hərbi-diplomatik mənbəyə istinadən xəbər yayıb.

Bildirilir ki, müdafiə nazirləri bu qərarı Brüsseldə keçirilən
toplantıda razılaşdırıblar. Onlar Avropada hərbi qüvvələrin
daşınmasının təmin edilməsi ilə bağlı yeni komanda qərargahı
yaratmaq barədə razılığa gəliblər.

Bu ideya ilk olaraq ABŞ-ın Avropada quru qoşunlarının keçmiş
komandanı Ben Hodjes tərəfindən təklif olunub. O bəyan edib ki,
ittifaqın qoşunları və hərbi texnikası Avropada miqrantlar qədər
sürətlə hərəkət edə bilməlidir.

Əfqanıstanın Taliban hərəkatı ABŞ-a ünvanlanan açıq
məktubu dərc edib.
Hərəkat koalisiya qoşunlarının
Əfqanıstandan çıxarılması və trilyonlarla dollara başa gələn
çoxillik münaqişəyə son qoymaq üçün “Amerika xalqı”nı və “sülhsevər
Konqres üzvləri”ni Donald Tramp administrasiyasını sülh
danışıqlarına getməyə inandırmağa çağırıb.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp