Vaşinqtondan Kremlə qarşı YENİ QARABAĞ PLANI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“ABŞ-ın Moskvaya qarşı sanksiyaları Azərbaycan və
Ermənistanın Rusiyadan silah almasını azalda bilər”.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı hərbi
ekspert Pavel Felgenhauer Ermənistan mediasına açıqlamasında
deyib.

Onun sözlərinə görə, ABŞ-ın bu planı baş tutarsa, Dağlıq Qarabağ
cəbhəsində hərbiləşmə də azalacaq: “Lakin bu tərəflərin münaqişənin
nizama salınmasına nail olacağı demək deyil. Mümkündür ki, ABŞ
Qarabağ münaqişəsinin nizama salınması istiqamətində aktivləşəcək
və yeni həll planları hazırlayacaq”.

P.Felgenhauer qeyd edib ki, ABŞ sanksiyaların köməyi ilə təkcə
Rusiyanın silah satışının qarşısını almır, həm də Suriya və
Ukraynada olduğu kimi, Qarabağda da Moskvanın təsir imkanlarını
azaldır.

Asif

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp