VALYUTA MƏZƏNNƏLƏRİ
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Azərbaycan Mərkəzi Bankı 15 fevral tarixindən etibarən
valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Publika.az-a verilən məlumata
görə, fevralın 15-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ
dollarının rəsmi məzənnəsi 1,7001 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 2,1179 manat təşkil edir.
1 türk lirəsi 0,4499 manat, 1 rus rublu 0,0300 manat, 100 İran
rialı 0,0038 manat, 1 gürcü larisi isə 0,6955 manatdır.