“Türkmənistanın “Cənub Qaz Dəhlizi”nə qoşulması müzakirə edilir”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Cənub Qaz Dəhlizi” işlər əvvəlcədən proqnozlaşdırıldığı
kimi gedir.

Publika.az xəbər verir ki, bunu Avropa
Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç
bu gün Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası
çərçivəsində nazirlərin dördüncü iclasına həsr olunan mətbuat
konfransında deyib.

Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” layihəsi strateji
əhəmiyyətə malikdir və bu layihə Avropanın enerji təhlükəsizliyini
təmin edəcək layihələrdən biri olacaq: “Avropanının bu sahədə
starategiyası həyata keçirilməyə başlayandan bəri Cənubi Avropa
ölkələrinin bu layihələrə qoşulması üçün işlər aparılır. Biz çox
məmnunuq ki, Bolqarıstan və Ruminiya interkollektorlar vasitəsilə
bu layihəyə qoşulmağa qərar veriblər. Bu layihəyə maliyyə
dəstəklərinə gəlincə, Avropa Maliyyə strukturları bu istiqamətdə
işlər aparır”.

Vitse-prezident qeyd edib ki, TANAP layihəsinə ötən il Avropa
Yenidənqurma Bankı tərəfindən 500 milyon, Transadrik layihəsinə isə
1.5 milyard avro kredit ayrılıb: ” Bu isə bir daha Avropa
İttifaqının bu layihələrə marağını göstərir”.

Onun sözlərinə görə, hazırda Türkmənistan qaz ehtiyatlarını və
Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması müzakirə edilir: “Bu
gün isə türkmən qazının Avropa bazarına çatdırılmasında
danışıqların marağını görürük və şadıq ki, Azərbaycan tərəfi bu
danışıqların davam etdirilməsinə bizə dəstək olur”.

M. Şevçoviç bildirib ki, bununla bağlı Türkmənistan
prezidentinin müşaviri Yaxşıgəldi Kakayev ilə də danışıqlar
aparılıb və razılığa gəlinib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp