Türkiyə qardaş Azərbaycanı belə qorudu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təşəbbüsü ilə
fevralın 15-də “Bölgədə durum və Afrin əməliyyatı” mövzusunda
dəyirmi masa keçirilib.

Axar.az xəbər verir ki, toplantıda VHP sədri
Sabir Rüstəmxanlı, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri
Mirmahmud Mirəlioğlu, Ədalət Partiyasının sədri İlyas İsmayılov,
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, Vəhdət
Partiyasının sədri, deputat Tahir Kərimli, Azad Demokratlar
Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər, politoloq Elxan
Şahinoğlu və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edən VHP sədri S.Rüstəmxanlı terrorizmin
Türkiyədə həm separatizm dalğasını gücləndirdiyini, həm də ölkənin
iqtisadi-siyasi potensialının terrorla mübarizəyə sərf edilməsi ilə
nəticələndiyini bildirib:

“Terrorun milləti, etnik mənsubiyyəti, insanlığı yoxdur. Dünya
buna İŞİD-in timsalında bir daha şahid oldu. Azərbaycan da 30 ildir
terrorizmdən əziyyət çəkən dövlətlərdəndir. Ermənistanın işğalı
altında olan Dağlıq Qarabağ və ətraf rayonlarda terrorçular yuva
salıblar. Qardaş ölkə hər zaman ağır günlərində Azərbaycanın
yanında olub. Ona görə də baş verənlərə biganə qalmamalıyıq və
Türkiyənin yanında olduğumuzu bəyan etməliyik.

Türk hərbçisi sivil vətəndaşlara güllə atmır. Əməliyyat
nəticəsində şəhidlərin sayının artması da bu amillə bağlıdır. Amma
təəssüf ki, NATO dövlətləri terrora, terrorçulara gizli yolla
dəstək verirlər. Türkiyənin yaxın müttəfiqi sayılan ABŞ
terrorçuları silah-sursatla təmin edir. Həmin silahlar da Türkiyə
xalqına, hərbçisinə qarşı çevrilir. Bu yaxınlarda da ABŞ Müdafiə
Nazirliyi terrorçulara 500 milyon dollar ayırıb. Əslində, bütün
bunların arxasında türk düşmənçiliyi dayanır”.

Politoloq E.Şahinoğlu Türkiyənin Suriyada həyata keçirdiyi
antiterror əməliyyatlarının və regionda nüfuzunun artmasının
Ermənistanı ciddi narahat etdiyini vurğulayıb.

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli isə bildirib
ki, əgər “Zeytun budağı” əməliyyatı başlamasaydı, İraq və
Suriyadakı kürdlər birləşərək Aralıq dənizinə, birbaşa okeana çıxış
əldə edəcəkdilər.

Tədbirin sonunda bəyanat qəbul edilib. Bəyanatda deyilir:

“Türkiyəyə qarşı qurulmuş gizli planların Qafqaza, o cümlədən
Azərbaycana təsir edəcəyi şübhə doğurmur. “Zeytun budağı”
əməliyyatı ilə Türkiyə təkcə özünü deyil, həm də 30 ildən bəri
terrorla üz-üzə dayanan, ərazilərinin 20 faizi separatçı-terrorçu
qüvvələr tərəfindən işğal edilmiş Azərbaycanın və bənzər durumda
olan digər dövlətlərin də maraqlarını qoruyur. Türkiyənin “Zeytun
budağı” əməliyyatı çarəsizlikdən atılan bir addımdır. Çünki son
illərdə Türkiyənin sərhədləri boyu gedən proseslər açıq-aşkar
qardaş dövləti mühasirəyə almaq və dünyadan təcrid etmək məqsədi
güdür. Terrorçu quruplaşmalar Güney Azərbaycanın da bir hissəsini
içinə almaqla İraqın və Suriyanın şimalından Aralıq dənizinə kimi
böyük bir bölgədə quracaqları çəmbərlə Türkiyəni qonşu dövlətlərdən
ayırmaq, bununla yanaşı, qardaş dövlətin içində terroru və
separatizmi gücləndirmək niyyəti güdür.

Terrorçuların ABŞ və qərb tərəfindən ardıcıl dəstəklənməsi,
silahlandırılması Türkiyəni parçalamaq və dağıtmaq planlarının
başlanğıcıdır”.

Bəyanatda həmçinin imperalist qüvvələrin dünyada yeritdiyi
dağıdıcı siyasət və davamlı olaraq terror təşkilatlarına pul, silah
yardımı etməsi diqqətə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp