TANAP layihəsi üzrə Azərbaycandan Türkiyəyə ilk qaz bu ilin ortalarında çatdırılacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu il “Şahdəniz 2” qazı Azərbaycandan Türkiyə
çatdırılacaq.

Publika.az xəbər verir ki, bu haqqda energetika
naziri Pərviz Şahbazov “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası
çərçivəsində nazirlərin dördüncü iclasına həsr olunan mətbuat
konfransında deyib.

Onun sözlərinə görə, iclas çərçivəsində bir sıra qərarlar qəbul
olunub: “Bu gün bu layihənin bütün komponentlərinin həyata
keçirilməsini geniş müzakirə etdik. Hazırda bu layihənin bütün
komponentlərinin icrası ilə bağlı vəziyyət qaneedici səviyyədədir.
Prezident İlham Əliyev də layihənin yerdə qalan hissəsinin icrası
ilə bağlı öz tövsiyələrini verib”.

Nazir qeyd edib ki, bu ilin ortalarında ilk qaz Azərbaycandan
Türkiyəyə çatdırılacaq: “2020-ci ildə isə Azərbaycan qazı Avropaya
çatdırılacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp