“Taliban”dan ABŞ-a TARİXİ MƏKTUB



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Əfqanıstanın Taliban hərəkatı ABŞ-a ünvanlanan açıq
məktubu dərc edib.

Publika.az xarici mediaya istinadən xəbər verir
ki, hərəkat koalisiya qoşunlarının Əfqanıstandan çıxarılması və
trilyonlarla dollar başa gələn çoxillik münaqişəyə son qoymaq üçün
“Amerika xalqı”nı və “sülhsevər Konqres üzvləri”n Donald Tramp
administrasiyasını sülh danışıqlarına getməyə inandırmağa
çağırıb.

Məktubda qeyd edilir ki, hərəkat “əfqan xalqının qanuni
nümayəndəsi” olaraq “sağlam siyasət və dialoq” yolu Əfqanıstanın
bütün problemlərini həll etməyə və münaqişənin sülh yolu ilə
həllinin axtarışında konstruktiv rolu oynamağa hazırdır. Taliblər
bildiriblər ki, ABŞ 2001-ci ildə qarşıya qoyduğu hədəflərin heç
birinə nail olmayıb.

“Amerika “terrorçular”ın məhv edilməsi yolu ilə Əfqanıstanda
təhlükəsizliyi təmin etməyə, qanuni hökumətin təyinatı yolu ilə
qanunu və bərpa etməyə, narkotiklərin istehsalını məhv etməyə söz
verdi. Amma regionda qeyri-sabitlik və anarxiya artır, döyüş
əməliyyatları yalnız güclənir, koalisiya qoşunları on minlərlə
əfqan qadını və uşağına əziyyət verib, yüz minlərlə əfqan
həbsxanalara göndərilib, yaralanıb və ölüb. Qanun və nizam bərpa
edilməyib. Seçilmiş hökumət bütünlüklə korlanıb, ölkə narkotiklərin
istehsalı üzrə dünya liderinə çevrilib, yalnız heroin 87 faiz
artıb. Bu, sizin dünyaya elan etdiyiniz sivilizasiya, müasirlıik və
qanun hakimiyyətdirmi? Bu belə sistemin yaradılmasına görə
Əfqanıstanda 3546 hərbçiniz həlak olub. Bütün bu hədəflərə
trilyonlarla dollar xərclənib”, – məktubda deyilir.

Açıq məktubu ekspertlər və siyasətçilər şərh ediblər.
“Taliban”la danışıqlarda BMT və Avropa İttifaqının keçmiş
vasitəçisi Maykl Sempl hesab edir ki, məktub özündə ciddi təklifi
saxlamır.

Əfqanıstanda vətəndaş məsələləri üzrə NATO-nun keçmiş
nümayəndəsi Saymon Qassın fikrincə, taliblərin bu yaxınlardakı
əhəmiyyətli itkilərindən sonra onların döyüş ruhu zəifləyib:

“İŞİD-in hücumu hazırda “Taliban” üçün problemdir. ABŞ-ın
Əfqanıstanda hərbi bölmələrini artırmaq barədə qərarı da onları
sevindirməyəcək”.

ABŞ Dövlət Departamentinin rəsmi bəyanatına əsasən, “Taliban”ın
məktubu öz-özlüyündə hərəkatın sülh danışıqlarına başlamağa hazır
olduğunu göstərmir.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp