Sumqayıta 140 km/s ilə gedən marşrut



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Sumqayıtdan Bakıya sərnişin daşıyan sürücü yolda sürət
həddini aşıb.

Report-un verdiyi məlumata görə, hadisə Bakı-Quba
magistralında qeydə alınıb.

Belə ki, 50 CH 116 dövlət nömrə nişanlı “Ford” markalı
avtomobilin sürücüsü qanunun tələblərini kobud şəkildə pozub. Yolda
sürət həddi 110 kmsaat müəyyən edildiyi halda, sürücü sərnişinlə
dolu mikroavtobusu 130-140 km/saat sürətlə idarə edir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional
şöbəsinin rəisi Əhməd Rüstəmov “Report“un yerli bürosuna bildirib ki, həmin sürücü
qanunsuz olaraq fəaliyyət göstərir və onun barəsində ciddi
tədbirlər görüləcək: “Qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul
olan avtobus və mikroavtobuslara qarşı mütəmadi olaraq reyd
keçirilir. Lakin qanunsuz olaraq sərnişin daşıyan sürücülərə yenə
də rast gəlirik. Əgər Bakı Nəqliyyat Agentliyi həmin sürücüləri 20
Yanvar dairəsinə buraxmasa, onlar fəaliyyət göstərə bilməz, ölüm və
xəsarətlə nəticələnən yol qəzaları da baş verməz”.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp