“Seçkiləri elə səviyyədə keçirməliyik ki,…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Biz yerlərdə monitorinqlər keçiririk. Yerli icra
hakimiyyəti orqanlarına tapşırıqlar verilib ki, təbliğat-təşviqat
tədbirlərinin keçirilməsi üçün yerləri müəyyən etsinlər və
siyahıları mətbuatda dərc etsinlər”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki
komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə
“Azərbaycan Respublikası prezidentinin seçkilərinin hazırlanması və
keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və
onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda
çıxış edən prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi –
şöbə müdiri Zeynal Nağdəliyev bildirib.

Z. Nağdəliyev seçici siyahılarının daim diqqət mərkəzində olduğunu
söyləyib: “2008-ci ildə 500 seçki məntəqəsində veb-kameralar
quraşdırıldı. Təəssüf ki, veb-kameraların quraşdırılmasını
seçicilərin iradəsinə təzyiq kimi qiymətləndirən qüvvələr də oldu.
Artıq iki seçkini məntəqələrdə 1000 veb-kameranın tətbiq olunması
ilə keçirmişik. Səslərin hesablanması zamanı kameralar həmin yerə
tuşlanır. Seçkiləri elə yüksək səviyyədə keçirməliyik ki,
beynəlxalq aləmdə də yüksək səviyyədə qiymətləndirilsin “.
(apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp