Seçkilərə kölgə salmaq cəhdi və GÜLÜŞ DOĞURAN PETİSİYA



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən
ipetition.com saytında Azərbaycanda aprelin 11-də keçiriləcək
prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiya
yaradılıb.

Publika.az xəbər verir ki, petisiyanın müəllifi
Hollandiyada yaşayan Ataxan Əbilov, Almaniyada yaşayan “Dünya
Azərbaycanlıları Məclisi”nin sədri Rövşən Qəmbər və hüquqşünas
Qurban Məmmədlidir.

Petisiya AŞPA, Avropa Parlamentinə, Avropa Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatına, BMT Təhlükəsizlik Şurasına və Baş Katibinə,
ABŞ-ın və Avropa İttifaqı dövlətlərinin başçılarına ünvanlanıb.

Petisiya tərtibçilərinin tərkibi və iddiaları sual və gülüş
doğurur. Seçkilərin vaxtının dəyişdirilməsi Azərbaycan qanunlarına
tam uyğundur, ona qarşı çıxmaq, yaxud bunu qanundankənar hesab
etmək özü belə bu işin təşkilatçılarının hüquqi savadlarının və
dünyagörüşlərinin məhdudluğunu aydın göstərir.

Avropa və müasir dünya dəyərlərindən danışan bu şəxslərin belə
addımları ölkə qanunvericiliyinə, beynəlxalq hüquq normalarına,
eləcə də sivil yaşam qaydalarına ziddir.

Öz şəxsi maraqlarına görə, Avropa ölkələrinə yaşamağa getmiş bu
insanlar guya “təqib və təhlükəsi altında yaşamaqdan qaçaraq Avropa
ailəsinə sığınmağı” iddia etsələr də, məqsədləri Azərbaycanda fikir
çaşqınlığı və qarşıdurma yaratmaqdır.

Azərbaycan müstəqil, hüquqi dövlətdir və burada bütün qərarlar
qanunvericiliyin tələblərinə uyğun qəbul edilir və həyata
keçirilir.

Azərbaycanda əlverişli seçki mühiti, seçki mədəniyyəti və stabillik
var.

Azərbaycan xalqı prezident seçkilərinə kölgə salmaq cəhdlərini
pisləyir, belə cəhdlərə ən yaxşı cavab isə onun təşəbbüsçülərinin
xalq tərəfindən bütün dəstəkdən məhrum edilmələridir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp