Sabah hava necə olacaq?



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakıda və Abşeron yarımadasında fevralın 16-da buludlu
hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Gecə və səhər
bəzi yerlərdə zəif duman, çiskin olacaq
.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Publika.az-a
verilən məlumata görə, şərq küləyi əsəcək. Havanın temperaturunun
Abşeron yarımadasında gecə 2-5, gündüz 7-10, Bakıda gecə 3-5,
gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi
rütubət 70-80 faiz təşkil edəcək.

Bölgələrdə də sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi,
lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında çiskinli
olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi
əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti,
dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacağı
gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp