Sərnişin daşıyanlara yeni cərimə tətbiq olunacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ölkədaxili yük və sərnişin daşıyan nəqliyyat
vasitələrinə də taxoqraf quraşdırılacaq. Bu qaydaları pozanları isə
40 manat məbləğində cərimə gözləyir. Bununla bağlı qanun layihəsi
hazırlanıb.

Şəhərlərarası və rayonlararası sərnişin daşıyanlar avtobuslara
taxoqraf quraşdırılacaq.

Publika.az “Xəzərxəbər”ə istinadən bildirir ki, İnzibati Xətalar
Məcəlləsinə əasən beynəlxalq daşımaları həyata keçirən yük
avtomobillərinin və avtobusların nəzarət qurğusu, yəni, taxoqraf
olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş taxoqrafla
idarə edilməsinə görə 40 manat cərimə nəzərdə tutulur. Hazırlanan
yeni layihəyə görə isə ölkədaxili sərnişin və yük daşımalarını
təşkil edən fiziki və hüquqi şəxslər də bu qaydaları pozduğuna görə
40 manat məbləğində cərimələnəcəklər.

Məqsəd nəqliyyat vasitələrinin sürət həddini aşmadan və
istirahət rejiminə əməl etməklə idarə olunmasını təmin etməkdir.
Çünki, bu cihaz nəqliyyat vasitələrinin bütün hərəkətlərini, sürrət
həddini və nə qədər vaxt fasiləsiz yol getdiyini dəqiqliklə qeydə
alır. Yol Hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, qanun
qəbul olunsa da, tez bir zamanda onu tətbiq etmək o qədər də real
görünmür. Çünki, heç bir sürücü özü taxoqrafı ala və avtomobilə
quraşdıra bilməz. Cihazın quraşdırılmasını üçün akkreditasiyadan
keçən emalatxanalar həyata keçirməlidir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən
də “Xəzər Xəbər”ə bildirildi ki, taxoqrafın yoxlanılması və digər
xidmətlərin yerin yetirilməsi üçün arıtq 2 şirkət onlardan
sertifikat alıb. Layihə Milli Məclisin fevralın 23-də keçiriləcək
plenar iclasında müzakirəyə çıxarılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp