Rusiyanın 15 muzdlu döyüşçücü öldü



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Suriyada silah-sursat anbarının partlaması nəticəsində
Rusiyanın 15 muzdlu döyüşçüsü ölüb.

“Report” “The Guardian” qəzetinə istinadən bildirir ki, hadisə
Deyir-əz-Zor əyalətinin şimal-şərqində yerləşən Tabii Caziredə baş
verib.

Qəzet yazıb ki, rusiyalı muzdlu döyüşçülər Bəşşar Əsədə sadiq
qoşunların ölkənin neft və təbii qaz yataqları istiqamətində
hərkətinin müşaiyət edirmişlər. Qoşunlar həmin əraziyə çatdıqdan
sonra silah anbarında partlayış olub.

Bu ərazi ABŞ-ın dəstəklədiyi PYD və YPG terrorçu dəstələrin
(terrorçu PKK qruplaşmasının Suriyadakı qolları) nəzarəti
altındadır.

Məlumata görə, partlayış nəticəsində 23 nəfər ölüb. Onlardan 8-i
isə Bəşşar Əsədin əl-Bakir briqadasının əsgərləridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp