Ronaldo Çempionlar Liqasında ilk futbolçudu ki…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Real”ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldo
Çempionlar Liqasında bir kulubun heyətində 100 qol vuran ilk
futbolçu kimi tarixə düşüb.

Publika.az xəbər verir ki, onun ən yaxın
izləyicisi olan “Barselona”nın futbolçusu Lionel Messinin hesabında
97 qol var.

Çempionlar Liqasının 1/8 finalında “Real” və Fransanın PSJ
komandaları arasında keçirilən matçda 33 yaşlı Ronaldo dubl
edib.

Portuqaliyalı futbolçuya bu nailiyyəti əldə etmək üçün 95 oyun
lazım gəlib. O, İngiltərənin “Mançester Yunayted” klubundan “Real”a
2009-cu ilin yayında keçib.

Çempionlar Liqasında onun hesabında ümumilikdə 117 qol var.
Ronaldu turnir tarixinin ən yaxşı bombardiridir.

Ronaldo həmçinin 7 mövsüm ardarda Çempionlar Liqasında ən azı 10
qol vuran ilk futbolçu olub. O, 2011/12-ci illər mövsümündə 10
dəfə, 2012/13 –cü illər mövsümündə 11 dəfə, 2013/14 –cü illər
mövsümündə 17 dəfə, 2014/15-ci illər mövsümündə 10 dəfə, 2015/16-cı
illər mövsümüdə 17 dəfə, 2016/17-ci illər mövsümündə isə 12 dəfə
fərqlənib. Hazırkı mövsümdə onun hesabında 11 qol var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp