“Razılaşdırılmamış aksiyaların qarşısı qətiyyətlə alınacaq”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Bu gün Azərbaycan ən sabit, təhlükəsiz ölkələrdən
biridir”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki
komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə
“Azərbaycan Respublikası prezidentinin seçkilərində Daxili İşlər
Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri” mövzusunda
çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

O. Zalov bildirib ki, seçki günü seçicilərin iradəsini azad ifadə
etmələri üçün DİN Tədbirlər Planı hazırlayaraq yerlərə göndərib:
“Həmin Tədbirlər Planına əsasən asayişin təmini üçün hazırlıqlara
başlanıb. Seçki ilə bağlı səsvermə hüququna malik vətəndaşlar
müəyyənləşdiriləcək, şəxsiyyət vəsiqələri ilə təmin olunacaqlar. Bu
gün insanların böyük əksəriyyəti böyük şəhərlərə miqrasiya edir,
burada yaşayırlar. Maarifləndirmə işi elə aparılmalıdır ki,
yaşadığı yer, yaxud qeydiyyatda olduğu yer üzrə qeydiyyata alınsın.
Bu işlər qısa müddətdə başa çatacaq. Yığıncaq və toplantılar
keçirilən yerlərdə ictimai təhlükəsizlik təmin olunacaq. Səsvermə
və səsvermədən sonra razılaşdırılmamış aksiyaların qarşısı
qətiyyətlə alınacaq. Seçki bülletenləri məntəqələrə gətirilən zaman
polis tərəfindən məntəqələr ciddi nəzarətə götürüləcək.
Bülletenlərin DSK-lara və MSK-ya gətirilməsi zamanı da mühafizə
təmin olunacaq”. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp