“Qalatasaray” avrokuboklardan yenə kənarlaşdırılır?



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Qalatasaray” yenidən avrokuboklardan kənarlaşdırıla
bilər.

Publika.az APA-ya istinadən xəbər verir ki, buna səbəb
klubun külli miqdarda borcunun olmasıdı.

“Sarı-qırmızılılar”a yeni prezident təyin edilən Mustafa Cengiz
araşdırma nəticəsində 298 milyon avroluq borcun olduğunu üzə
çıxarıb. Bunun 122 milyonu Ünal Aysal, 58 milyonu Duyqun Yarsuvat,
118 milyonu isə Dursun Özbəkin dönəminə təsadüf edir.

Mustafa Cengiz martın 9-da UEFA nümayəndələrinə bununla bağlı
hesabat verəcək. Qısa müddətdə borcun azaldılması mümkünsüz
göründüyündən, “Qalatasaray”ın növbəti dəfə cəzalandırılması
qaçılmazdı. Belə ki, UEFA İstanbul nəhəngini ya avrokuboklardan
kənarlaşdıracaq, ya da transfer qadağası tətbiq edəcək. Ən yaxşı
ehtimal isə klubun maaşlar üçün ayrılan büdcəsinə limit qoyulması
olacaq.

Qeyd edək ki, “Qalatasaray” 2016/2017 mövsümündə maliyyə
feyr-pleyini pozduğu üçün avrokuboklardan uzaqlaşdırılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp