Prezidentin köməkçisindən MÜHÜM AÇIQLAMA



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Prezident, parlament, bələdiyyə seçkiləri və
refrendumlar seçki sahəsində nailiyyətlərin artırılmasına nail
olunub. Beynəlxalq təşkitlatlar hər dəfə seçki sahəsində
irəliləyişlərin əldə olunduğunu qeyd edirlər “.

Bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki
komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə,
“Azərbaycan Respublikası Prezidentinin seçkilərinin hazırlanması vı
keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və
onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda
çıxış edən Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi –
şöbə müdiri Zeynal Nağdəliyev bildirib.

Z. Nağdəliyev deyib ki, DSK-ların fəaliyyəti seçki prosesinin daha
demokratik və şəffaf keçirilməsində önəmlidir: “Seçkilərin
demokrati k və şəffaf keçirilməsi sahəsində Azərbaycan prezidenti
müvafiq tələblər, vəzifələr qoyub. Əvvəllər bizdə hər seçkidən
sonra DSK-ların, məntəqə seçki komissiyalarının ləğv olunması, icra
hakimiyyəti başçılarının işdən azad olunması baş verirdi. Artıq bu
kimi hallar akeçmişdə qalıb. “.

Prezidentin köməkçisi qeyd edib ki, seçkilərin demokratik
keçirilməsinin əsas şərti ictimai-siyasi sabitlikdir: “Azərbaycan
bu sahədə nümunəvi ölkələrdən biridir. Sabitliyin əsasında
iqtidar-xalq birliyi durur. Ölkəmizdə mühit dəyişib, insanlar 15i
il əvvəlki dövlətdə yaşamırlar. İnkişaf etmiş, demokratik
ənənələrin daha inkişaf etmiş bir ölkədə yaşayırlar”. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp