Prezident Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşdü



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 15-də
Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak ilə
görüşüb.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq
münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi
bildirildi. Azərbaycanın və Türkiyənin TANAP, TAP,
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi
irimiqyaslı layihələri birlikdə uğurla həyata keçirdikləri qeyd
olundu.

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak
Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına
çatdırdı.

Prezident İlham Əliyev ötən ilin sentyabrında Bakıda “Əsrin
müqaviləsi”nin müddətinin uzadılması mərasimində Berat Albayrak ilə
görüşünü xatırladı və TANAP layihəsinin icrasının artıq
yekunlaşmaqda olduğunu vurğuladı. Dövlətimizin başçısı tezliklə
“Şahdəniz-2” yatağından qazın hasil olunmasına və borulara
ötürülməsinə başlanılacağını bildirdi.

Nazir Berat Albayrak “Əsrin müqaviləsi”nin müddətinin
uzadılmasının əhəmiyyətini xüsusi vurğulayaraq, Cənub Qaz Dəhlizi
Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasının önəmini
qeyd etdi. O, ötən ay TANAP layihəsinin icrası çərçivəsində sınaq
işlərinə başlanıldığını dedi.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın
salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını
Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp