PKK ilə birləşib Bakı və Ankaraya hücum etməliyik
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
“Ermənistan PYD/YPG-yə Türkiyə ilə müharibədə dəstək
verməlidir”.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın erməni
əsilli hərbi eksperti Semyon Baqdasarov deyib.
Moskva-İrəvan canlı konfransında çıxış edən Baqdasarov Türkiyənin
“tarixi düşmənimiz” olduğunu bildirib.
“Oturmamalı, ortaq tarixi düşmənimiz Türkiyəyə qarşı güclərimizi
səfərbər etməliyik. Türkiyənin cənub-şərqi Ermənistanla sərhəddir.
Unutmamalıyıq ki, bura Qərbi Ermənistan torpağıdır”, – deyə o iddia
edib.
Baqdasarov Ermənistanın PKK/PYD-yə Türkiyə ilə mübarizədə dəstək
verməsini vacibliyini vurğulayaraq, əlavə edib ki, “PKK və PYD/YPG
liderləri ilə Qarabağda hərbi ittifaq qurmalıyıq”.
Asif