Penitensiar müəssisələrdə seçki komissiyaları yaradılıb



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Konstitutiyamıza edilən son dəyişikliyə görə,
prezidentliyə yaş məhdudiyyəti yoxdur. Yeni seçilən prezident 7
illik səlahiyyət müddətinə sahib olacaq. Prezidentin parlamenti
buraxmaq səlahiyyəti var”.

Ədliyyə nazirinin müavini Azər Cəfərov Mərkəzi Seçki
Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün
keçirilən seminar-müşavirədə deyib.

Nazir müavini deyib ki, vətəndaşlarının aktiv seçki hüququnun təmin
edilməsində Ədliyyə Nazirliyinin üzərinə çox böyük məsuliyyət
düşür:

“Ədliyyə orqanlarının seçkilərinin keçirilməsi və təşkilində
vəzifəsi məlumdur. Bura normativ sənədlərin təsdiq edilməsi,
penitensiar müəssisələrdə, yəni istintaq təcridxanalarında və
cəzaçəkmə müəssisələrində seçkilərin təşkil edilməsi daxildir.
Artıq 22 ildir ki, Azərbaycandakı seçkilərdə məhkum olunmuş
şəxslərin seçkidə iştirakının təmin edilməsində MSK ilə Ədliyyə
Nazirliyi çox sıx əməkldaşlıq edir. Böyük Britaniya, Almaniya,
Macarıstan, Bolqarıstanda məhkum olunmuş şəxslərin hüququ yoxdur,
Türkiyə, İsveçrə və Qazaxıstanda məhkumlar müəyyən məhdudiyyətlərlə
seçkilərdə iştirak edir. Penitensiar müsəssisələrdə seçkilər
MSK-nın təlimatlarına uyğun olaraq keçirilir. Penitensiar
müəssisələrin böyük əksəriyyətində seçki komissiyaları yaradılıb.
Səsverənlərin sayından asılı olaraq elə müsəssisələr var ki,
onlarda iki seçki məntəqəsi yaradılıb. 2013-cü ildə keçirilən
prezident seçkilərində məhbusların 99 faizi seçkilərdə iştirak
edərək, səsvermə hüququndan istifadə edib”. (azvision.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp