Naxçıvanda Avtomobil Yolları Dövlət Agentliyi yaradıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Naxçıvan Muxtar Respublikasında Avtomobil Yolları Dövlət
Agentliyi yaradılıb.

“Report” xəbər verir ki, bu barədə NMR Ali Məclisinin sədri
Vasif Talıbovfərman imzalayıb.

Qərar muxtar respublikanın avtomobil yolları sahəsində
idarəetməni daha da təkmilləşdirmək və həyata keçirilən işlərin
səmərəliliyini artırmaq məqsədilə qəbul olunub.

Sənəddə bildirilir ki, “Naxavtoyol” Dövlət Şirkətinin əsasında
NMR Avtomobil Yolları Dövlət Agentliyi yaradılsın, həmçinin
“Naxçıvan MuxtarRespublikasıAvtomobilYolları Dövlət Agentliyi
haqqında Əsasnamə” təsdiq edilsin və Naxçıvanın Nazirlər Kabineti
bu fərmandan irəli gələn məsələləri həll etsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir