NATO ölkələri “hərbi Şengen” yaradır



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

NATO ölkələrinin müdafiə nazirləri alyansın Avropa
sərhədlərində “hərbi Şengen” zonası yaratmaq barədə qərar qəbul
ediblər.

Bu barədə “RİA Novosti” Brüsseldəki hərbi-diplomatik mənbəyə
istinadən xəbər yayıb.

Bildirilir ki, müdafiə nazirləri bu qərarı Brüsseldə keçirilən
toplantıda razılaşdırıblar. Onlar Avropada hərbi qüvvələrin
daşınmasının təmin edilməsi ilə bağlı yeni komanda qərargahı
yaratmaq barədə razılığa gəliblər.

Bu ideya ilk olaraq ABŞ-ın Avropada quru qoşunlarının keçmiş
komandanı Ben Hodjes tərəfindən təklif olunub. O bəyan edib ki,
ittifaqın qoşunları və hərbi texnikası Avropada miqrantlar qədər
sürətlə hərəkət edə bilməlidir. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp