MSN ilk dəfə Avropada hərbi sərgidə təmsil olunacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin (MSN)
müəssisələrində istehsal edilən məhsulların ilk dəfə Avropada
keçiriləcək sərgidə nümayişi nəzərdə tutulur.

Publika.az AzeriDefence-yə istinadla bildirir ki, MSN
11-15 iyun tarixlərində Fransanın paytaxtı Paris şəhərində
keçiriləcək “Eurosatory-2018” beynəlxalq müdafiə sərgisinə
qatılacaq.

Hazırda MSN tərəfindən sərgidə iştirakla bağlı hazırlıq işləri
aparılır.

Qeyd edək ki, “Eurosatory” dünyanın ən böyük müdafiə
sərgilərindəndir. Bununla Azərbaycan müəssisələri ilk dəfə Qərbi
Avropada keçirilən sərgidə öz imkanlarını tanıtmış olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp