Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin
müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə
etməklə sutka ərzində atəşkəs rejimini 127 dəfə pozub.

Müdafiə Nazirliyindən Publika.az-a verilən
məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun
Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun
Vazaşen kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax
rayonunun Fərəhli, Cəfərli, Bala Cəfərli kəndlərində və adsız
yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və
adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam,
Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy
rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən
mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun
Nəmirli, Şıxlar, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Yusifcanlı,
Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı
Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı
Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar
və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam, Xocavənd
və Füzulirayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp