“Lider Cola”nın rəhbəri Sabirabadda kanala düşən “Jeep”də boğuldu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu gün səhərə yaxın Sabirabad rayonunun Həşimxanlı
kəndinin çöllük ərazisində kanala düşən avtomaşının sərnişini suda
boğularaq ölüb.

Binəqədi rayonunda fəaliyyət göstərən “Lider Cola” şirkətinə
məxsus H 009-703 dövlət nömrə nişanlı “Jeep” markalı avtomaşında
olan 3 nəfərdən biri, həmin şirkətin rəhbəri, 33 yaşlı Bakı şəhər
sakini Anar Ramiz oğlu Mirzəyev hadisə yerində dünyasını
dəyişib.

FHN-in xilasediciləri onun cəsədini deformasiyaya uğramış
nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil
veriblər.

Faktla bağlı araşdırmalara başlanılıb. (Virtualaz.org)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp