Kıvanç Tatlıtuğun “Hadi Be Oğlum” filmi hər kəsi GÖZ YAŞLARINA BOĞDU



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Baş rollarda Kıvanç Tatlıtuğ, Büşra Dəvəli, Ucal Ertan
və 8 yaşlı Əlixan Türkdemirin oynadığı “Hadi Be Oğlum” filminin
qala gecəsi baş tutub.

Publika.az “Hurriyet”ə istinadən xəbər verir
ki, ekran işinin rejissoru Bora Egemendir.

Ata ilə oğlun hekayəsi izləyənlərə duyğusal anlar yaşadıb. Bir
çox dəvətli göz yaşlarına hakim ola bilməyib. Kıvanç Tatlıtuğ
açıqlamasında bildirib ki, filmlərdə çəkilməkdən daha çox zövq
alır, nəinki seriallarda. Tanınmış stilist Başak Dizer qala
gecəsində həyat yoldaşını tək qoymayıb. O, Tatlıtuğu öpüşlərlə
təbrik edib.

“Hadi Be Oğlum”da Tatlıtuğun oğlunu canlandıran Əlixan
Türkdemirin rolu xüsusilə yüksək qiymətləndirilib.

Film bütün həyatını ünsiyyət problemi olan və hisslərini ifadə
etməkdə çətinlik çəkən oğluna həsr edən balıqçının həyat
hekayəsindən bəhs edir. Oğlu ilə əlaqə yaratmağa çalışdıqca özünü
daha da tənha hiss edən atanın ən böyük arzusu oğlunun onu anlaması
və sevgisini hiss etməsidir. Atasının, anasının və sevdiyi qadının
xatirəsini öz qəlbində daşıyan acılı atanın oğluna bəslədiyi sevgi
zaman keçdikcə ikisinin də həyatını dəyişdirir.

Qayğıkeş ata obrazını ifa edən Kıvanç Tatlıtuğun hönkür-hönkür
ağladığı təsrili səhnələr diqqət çəkib.

Təqdimata dəvət olunanlar arasında Kənan İmirzalıoğlu ilə həyat
yoldaşı Sinəm Kobal da olub. Arıqlaması ilə diqqəti çəkən Kənan
İmirzalıoğlu “Pəhriz saxlamıram. “Mehmed Bir Cihan Fatihi”
serialındakı roluma görə at minməyi öyrənirəm. At sürməkdən
arıqlamışam” -, deyə bildirib. O, “Nə vaxt ata olacaqsınız” sualına
isə “Vaxtı gəldikdə inşallah” cavabını verməklə kifayətlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp