“Kapital Bank”-ın yeni Şimal filialı istifadəyə verildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Kapital Bank” filial şəbəkəsinin transformasiyası layihəsi
çərçivəsində yeni Şimal filialını istifadəyə verdi. Yeni konsepsiya
əsasında təqdim edilən filial Quba şəhəri, Heydər Əliyev
prospektində fəaliyyət göstərir. Filial bazar ertəsi–cümə günü saat
09:00-dan 19:00-dək, şənbə və bazar günləri isə 09:00-dan 16:00-dək
fəaliyyət göstərəcək. Artıq müştərilər yeni filialda müasir bank
xidmətlərindən istifadə edə bilərlər.

Kapital Bank-ın yeni konsepsiya əsasında təqdim edilən Şimal
filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər,
müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal,
rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair
bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək
səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara
malikdir.

Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası
istiqamətində müəyyən tədbirlər həyata keçirir. Cari ildə Bakı və
regionlarda bir sıra filialların əsaslı təmir olunması, yeni filial
və şöbələrin açılması planlaşdırılır. Buna misal olaraq cari ildə
Kapital Bank-ın Füzuli filialının köçürülməsi və yeni Bravo-2
filialının açılışını qeyd etmək olar. Sözügedən layihə artıq 3
ildir davam edir. Bu dövr ərzində bir çox filial müasir tələblərə
uyğun təmir edilərək, müştərilərin ixtiyarına verilir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank,
94 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın
məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün
www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın
müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə
bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp