İstanbul tamamilə su altında qalacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Son dövrlərdə qlobal istilər okeanların səviyyəsinin
artmasına səbəb olub. İndi müasir texnikanın köməyi ilə də alimlər
qlobal miqyasda dəniz səviyyəsinin dinamikasının vahid xəritəsini
hazırlaya bilmirlər. Alimlər həyəcan təbili çalır. Son 25 ildə
qlobal miqyasda dəniz səviyyəsinin artması əvvəlki illərə nisbətən
daha da sürətlənib.

Publika.az-ınməlumatına görə,alimlər müəyyən
ediblər ki, dəniz səviyyəsi 3,4 mm artıb. Buna görə 2100-ci ildə
İstanbul da daxil olmaqla, dünyadakı bir çox mühüm şəhər tamamilə,
ya da qismən sular altında qalacaq. ABŞ-ın Kolorado, Cənubi Florida
və Old Dominion universitetlərindən olan bir qrup alim xüsusi
peyklər vasitəsilə 1992-ci ildən bu günə qədər qlobal dəniz suyunun
səviyyəsinin artımını müşahidə ediblər. Məlum olub ki, 1990-cı
illərdə qlobal dəniz səviyyəsi orta hesabla 2,5 millimetr
yüksəlirdisə, bu gün bu göstərici 3,4 millimetrə qədər çoxalıb.

2015-ci ildə də bu mövzu dəfələrlə gündəmə gəlib, bir sıra elmi
araşdırmalar aparılıb. NASA-nın açıqlamasına görə, suyun
səviyyəsinin artmasına istixana qazları da təsir edir.

Vəziyyət belə davam etsə, okeanların səviyyəsi əsrin sonuna
qədər hər il 10 mm artacaq və 60-65 sm-i ötəcək. Elm adamları bunun
sahil şəhərləri üçün böyük təhlükə doğurduğunu ifadə edir.

Mütəxəssislərin fikrinə əsasən, suyun səviyyəsi iki səbəbdən
artır. Birincisi, qlobal istiləşmə, ikinci isə atmosferdəki istilik
səbəbindən Antarktida və Qrenlandiya kimi böyük buz kütlələrinin
sürətlə əriməsidir. Bundan başqa, vulkan aktivliyi də suyun
səviyyəsinin artmasına səbəb olan amillərdən hesab oluna bilər.

Beynəlxalq İqlim Dəyişikliyi Mərkəzi (Climate Central) də aparılan
tədqiqatların nəticələrinə əsasən məlumat yayıb. Məlumatda, 2100-cü
ildə dəniz sahilində yerləşən şəhərlərin iqlim dəyişikliyindən necə
təsirlənəcəyi, hansı vəziyyətlərlə rastlaşacaqlarına dair xüsusi
interaktiv xəritə və müxtəlif fotolar dərc edilib:

Hindistan – Mumbai

ABŞ – Şimali Kaliforniya – Silikon Vadisi

ABŞ – New York

İngiltərə -london

Çin – Şanxay

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp