“İqtisadiyyatımız əsasən qeyri-enerji sektorunda inkişaf edir”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

2018-ci il yanvar ayının nəticələri göstərir ki,
iqtisadiyyatımız əsasən qeyri-enerji sektorunda inkişaf
edir.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi
Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında
deyib.

Dövlət başçısı burada iqtisadi artımın 4 faizə yaxın olduğunu
qeyd edib: “Yanvarda sənayemizin qeyri-enerji sektorunda iqtisadi
artım 8,7 faiz olub. Azərbaycanın valyuta ehtiyatları ümumi daxili
məhsula bərabərdir.

Prezident qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsinin ən
yaxşı göstəricisi Davos Dünya İqtisadi Forumunun
qiymətləndirməsidir: “Son qiymətləndirmə göstərir ki, Azərbaycan
rəqabət qabiliyyətinə görə dünyada 35-ci yerdədir. İnkişaf etməkdə
olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan
3-cü yerdədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp