İlham Əliyev Trampa başsağlığı verdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş
Ştatlarının Prezidenti Donald Trampa başsağlığı məktubu
göndərib.

Dövlətimizin başçısı Florida ştatının Parklend şəhərində
məktəbdə törədilmiş silahlı hücum nəticəsində insan tələfatı və
yaralananlar barədə xəbərdən olduqca kədərləndiyini bildirib.

Azərbaycan Prezidenti bu dəhşətli hadisə ilə əlaqədar ABŞ
Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün
Amerika xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə
başsağlığı verib, yaralananlara şəfa diləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp