İlham Əliyev Litva prezidentinə məktub göndərdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti
Dalya Qribauskayteyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Hörmətli xanım Prezident, Litva
Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz
adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Litva arasındakı dostluq əlaqələrinin
möhkəmlənməsi, ikitərəfli səviyyədə və beynəlxalq qurumlar
çərçivəsində əməkdaşlığımız bundan sonra da ölkələrimiz və
xalqlarımız üçün hər cəhətdən faydalı olacaqdır.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Litva
xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp