İlham Əliyev Avropa Komissiyasının vitse-prezidentiilə görüşdü



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə
vitse-prezidenti, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri
Maroş Şefçoviç ilə görüşüb.

Görüşdə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası
çərçivəsində nazirlərin dördüncü iclasında iştirakına və tədbirdə
dediyi xoş sözlərə görə Maroş Şefçoviçə minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı vurğuladı ki, bu toplantı “Cənub Qaz Dəhlizi”
layihəsinin inkişafında yeni mərhələdir. Azərbaycan Prezidenti
Cənub Qaz Dəhlizinin icrasına verdiyi dəstəyə görə Maroş Şefçoviçə
və eləcə də Avropa İnvestisiya Bankına layihənin maliyyələşməsində
dəstəyi ilə əlaqədar minnətdarlığını ifadə etdi.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti,
Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç bu iclasda və Cənub Qaz
Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən əvvəlki iclaslarda
iştirakından məmnunluğunu bildirdi. Maroş Şefçoviç layihənin
icrasında böyük inkişafın olduğunu dedi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp