I, II, IV və V ixtisas qruplarına yeni ixtisaslar əlavə edildi
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklər
edib.
“Report” xəbər verir ki, qərar Baş nazir Artur Rasi-zadə
tərəfindən imzalanıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən edilən
dəyişikliklərə görə, qaydaların 1 nömrəli əlavəsində “İxtisas
qrupları və ixtisaslar” üzrə I ixtisas qrupu sütununda “İnformasiya
texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası ləğv
edilib.
Əvəzində I ixtisas qrupu sütununa aşağıdakı məzmunda
79-84-cü hissələr əlavə edilib:
79. İnformasiya texnologiyaları
80. Sistem mühəndisliyi
81. Sənaye mühəndisliyi
82. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
83. Şəhərsalma
84. Şərabçılıq.
II ixtisas qrupu sütununa isə aşağıdakı məzmunda 21-ci
və 22-ci hissələr əlavə edilib:
21. Davamlı inkişafın idarə edilməsi
22. İdman menecmenti və kommunikasiya
IV ixtisas qrupu sütununa aşağıdakı məzmunda 16-18-ci
hissələr əlavə edilib:
16. Bitki mühafizəsi
17. Bağçılıq və tərəvəzçilik
18. Bədən tərbiyəsi və idmanda reabilitasiya
V ixtisas qrupu sütununa aşağıdakı məzmunda 22-ci və
23-cü hissələr əlavə edilib:
22. Məşqçi (idman növü üzrə)
23. Rəqs müəllimliyi.