HAZIRDA ilin ilk Günəş tutulması baş verir



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu ilin ilk Günəş tutulması bu gün Bakı vaxtı ilə saat
22:55-dən 02:47-dək baş verəcək.

Bu barədə Trend-ə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından
bildiriblər.

Qeyd edək ki, təbiət hadisəsi Sakit və Atlantik okeanın
hövzələrini, həmçinin Cənubi Amerikanın cənub hissəsini və
Antarktidanı əhatə edəcək.

Ümumiyyətlə isə 2018-ci ildə 3 Günəş tutulması (qismən tutulma)
baş verəcəyi barədə bildirilib. Həmin tutulmalardan ikisi cənub,
biri isə şimal yarımkürəsinə düşəcək.

Xatırladaq ki, cari il iyulun 13-də Bakı vaxtı ilə saat
05:48-dən 08:13-dək baş verəcək digər Günəş tutulması isə Sakit və
Hind okeanı hövzələrində, eləcə də Avstraliyanın cənub hissəsində
və Antarktidada müşahidə olunacaq.

Sonuncu Günəş tutulması isə avqustun 11-də Bakı vaxtı ilə
12:02-dən 15:30-dək baş verəcək. Tutulma Rusiyanın şimal-şərqini,
Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp