Formula 1 üçün bu tribunada yer qalmadı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

27-29 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1
Azərbaycan Qran Prisi üçün Filarmoniya tribunasına olan biletlər
tamamilə satılıb.

Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülənt
Özərdim bildirib ki, ən çox bilet alan ölkələr siyahısının ilk
üçlüyündə müvafiq ardıcıllıqla Rusiya, Azərbaycan və Böyük
Britaniya yer alır.

Onun sözlərinə görə, xaricdən alınan biletlər bu günə qədər
satılmış biletlərin 75%-ni təşkil edir. İndiyədək ən çox rəğbət
tribunalara olan 4 günlük biletlərə göstərilib. (trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp