Flora Kərimova özünü tanınmaz hala salan stilist haqqında nələr dedi?



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Yaxşı ki, məni uşaq etməyib. Mən onu çox istəyirəm.
Təklif elədi ki, gəl səni makiyaj edim. Mən də bağda yaşayıram. Sağ
olsun, gəldi, özü apardı studiyasına. Düzünü deyim, həmin vaxt
yorğun idim. O, məni makiyaj etdikçə mürgüləydirdim. Adamın
yorğunluğu çıxır. Bir də gözümü açıb güzgüyə baxdım ki, qarşımda
cavan Flora Kərimova dayanıb. Özümü tanımadım. Sehirli bir aləmdə
idim. İnsan necə bir saatın icində bu qədər cavanlaşar? Belə bir
ovqat yaşatdığı üçün ona sağ ol deyirəm. Anar “İşinin rəssamıdır.
Çox peşəkardır. Onun əlinə düşən insanları sonda tanımaq olmur. Biz
bu insanları qorumalıyıq”.

Publika.az xəbər verir ki, bu sözləri Xalq
artisti Flora Kərimova onun makiyajla tamamilə dəyişdirən Anar
Ağakişiyev haqqında deyib. 76 yaşlı müğənnini instaqramda makiyaj
ustası ilə şəklini paylaşıb və etiraf edib ki, Anarın işi onu sözün
əsl mənasında heyrətə salıb:

“Bu yaşıma kimi makiyajı, qrimi özümə yaraşdırmamışam. Üzümdəki
hər cizgini Allahın lütfü bilib taleyimin naxışı sanıram, amma Anar
– böyük anlamda sənətinin sənətkarı olan gəncin əl işi sizlərin
yazdığı hər bir gözəl sözlərə layiqdir və düşünürəm ki, onun
simasında yaradıcılığı mədəniyyətə, təmsil etdiyi sənətə töhfədir.
Anar sadə olduğu qədər deyilən hər bir tərifə layiq bir
istedaddır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp