“Faiq Ağayevi sevirəm” – 4 uşaq anası Elnarə Xəlilova
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
“2 insana eşq etiraf etmək
istəyirəm”
Publika.az xəbər verir ki, bu sözləri müğənni
Elnarə Xəlilova deyib. O, Xalq artisti Faiq Ağayevlə birlikdə ARB
TV-nin “Sayqa İlə bu axşam” proqramının qonağı olub.
Müğənni efirdə həmkarı Xalq artistləri Faiq Ağayev və Aygün
Kazımovanı sevdiyini bildirib:
“Hissi idarə etmək olmur. Biri də var münasibətlər. Vətəni də,
dostumuzu da, övladlarımızı, həyat yoldaşımızı da sevirik. Lakin,
bunlarla ayrı-ayrı münasibətdəyik. Bu yaxınlarda müsahibəmdə dedim
ki, 2 insana eşq etiraf etmək istəyirəm. Biri Aygün Kazımovadır,
biri də Faiq Ağayevdir. Mən Faiq Ağayevi sevirəm. Amma hamı bilir
ki, biz Faiqlə dost, yoldaş münasibətindəyik”.