Erməni diversantlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilə bilər



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni girovluğundan
azad edilməsi üçün bir neçə beynəlxalq təşkilata müraciət etmişik.
Bu məsələ ilə bağlı tərəfimizdən iş aparılır”.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov
deyib. Bu istiqamətdə işlərin davam etdirildiyini söyləyən İ.
Axundov qeyd edib ki, Azərbaycanda saxlanılan erməni diversantların
dəyişdirilməsi məsələsinə baxıla bilər.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm
Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz
ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri
tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov
isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq
Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və
Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı
ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan
məhrum edilib. Azərbaycan vətəndaşı Elnur Hüseynzadə isə ötən ilin
fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin
əlinə düşüb.

Azərbaycanda hazırda 2 erməni diversant – Arsen Baqdasaryan və
Zaver Karapetyan saxlanılır. A. Baqdasaryan Gəncə Ağır Cinayətlər
Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
(apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp