DİM qabiliyyət imtahanı üçün ekspert axtarır



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dövlət İmtahan Mərkəzinin keçirdiyi qabiliyyət
imtahanlarında ekspert kimi iştirak edə biləcək mütəxəssislər üçün
müsabiqə elan edir.

DİM-dən Publika.az-a verilən məlumata görə,
ekspert bazasını zənginləşdirmək məqsədilə xüsusi qabiliyyət tələb
edən ixtisaslara qəbul üçün keçirilən imtahanlar zamanı musiqi
sənəti, memarlıq və dizayn, təsviri sənət, teatr, kino və
xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətləri üzrə
ekspert kimi iştirak etmək istəyən, ali və orta ixtisas təhsili
müəssisələrində, musiqi məktəblərində, yaradıcılıq ittifaqları və
birliklərində, rəsm qalereyalarında, muzeylərdə çalışan
mütəxəssislərin müvafiq qabiliyyət imtahanlarında iştirakını təmin
etmək məqsədilə müsabiqə elan edir. Müraciət edən ekspertlər
müvafiq sahə üzrə ali təhsillə yanaşı, elmi dərəcəyə malik
olmalıdırlar və ya onların ən azı 5 illik pedaqoji iş təcrübəsi
olmalıdır.

Arzu edən mütəxəssislər iş üçün müraciət anketini doldurmaqla,
onu martın 15-dək sh.askerova@dim.gov.az elektron
poçt ünvanına göndərə bilərlər. Tələblərə cavab verən mütəxəssislər
DİM-ə müsahibəyə dəvət olunacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp