Demokratik İslahatlar Partiyası prezident seçkiləri ilə bağlı qərar verdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Demokratik İslahatlar Partiyasının Siyasi Şurası 2018-ci
il aprelin 11-nə təyin olunmuş Azərbaycan Prezidenti seçkiləri və
partiyanın seçkidə iştirak forması ilə bağlı məsələləri müzakirə
edərək müvafiq qərar qəbul edib.

Partiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,
qərarda qeyd olunur ki, Prezident İlham Əliyevin prezident
seçkilərinin keçirilməsi barədə 5 fevral 2018-ci il tarixli
sərəncamı tamamilə qanunauyğundur və Demokratik İslahatlar
Partiyası da bunu nəzərə alaraq seçkilərdə iştirak edəcək.

Siyasi Şurasının seçkilərdə iştirak forması ilə bağlı qəbul
etdiyi qərara əsasən partiya seçkilərdə öz namizədi ilə iştirak
etməyəcək. Ümumilikdə isə seçki prosesini ciddi şəkildə müşahidə
edəcək və müşahidələrin nəticələrini seçkidən sonra ictimaiyyətə
açıqlayacaq. Partiya üzvləri isə seçkilərdə iştirak etməkdə və
istədikləri namizədi dəstəkləməkdə sərbəstdirlər.

Xatırladaq ki, partiyanın V qurultayında (30 yanvar 2016-cı il)
seçkilərdə iştirakla bağlı qərar qəbul edilmiş, iştirak formasını
müəyyənləşdirmək səlahiyyəti Siyasi Şuraya həvalə olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp