Cinayət dünyasından millət vəkilliyinə gələn qadın – “Quldurlar kraliçası”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Çox vaxt qəddar döyüşlər, qanlı intiqamlar kişilərlə
əlaqələndirilsə də, bu fikirləri alt-üst edəcək qadınlar da var. Bu
məqalədə həmin qadınlardan biri olan Phulan Devi haqqında
danışacağıq.

1963-cü ildə Hindistanın Calaun mahalında dünyaya gələn Phulan
Devi siyasi xadim idi.

O, iki dəfə Hindistan parlamentində aşağı kastalarla,
toxunulmazları təmsil edib.

Phulan Devi həm də “Quldurların kraliçası” kimi də tanınır. Belə
ki, 11 yaşında ərə verilmiş, sonra isə ərini boşanmağa vadar
etmişdi. Bundan bir neçə il sonra quldurlar tərəfindən oğurlanan
Phulan əsl sevgisi Vikram Mallahı da burada tapmışdı. Amma
aşiqlərin xoşbəxtliyi çox sürməmişdi. Quldurlar dəstəsinin içində
çıxan mübahisələr sonra Vikram öldürülmüş, Phulan isə yenidən əsirə
çevrilərək bir neçə dəfə zorlanmışdı.

Bir neçə həftə sonra əsirlikdən qaçan Phulan azsaylı adamları
toplayaraq yeni bir dəstə yaratmış və sevgilisinin səhvlərini
təkrar etməmək üçün dəstəyə ancaq öz kastasından olanları qəbul
etmişdi. Phulan Devini gördüyü işlərə görə yerli Robin Hud da
anlandırırdılar. O, yuxarı kastalardan olan şəxsləri qarət edir və
qəniməti kasıblarla bölüşürdü.

17 ay sonra Behmay kəndinə qayıdan Phulan sevgilisinin qatilini
və onu zorlayanları tələb edir. Deyilənlərə görə, o, yalnız iki
nəfəri tapa bilmiş və əsəbindən kəndin bütün gənc oğlanlarını
güllələməyi əmr etmişdi. Nəticədə 22 adam öldürülmüşdü. İki il
sonra polisə təslim olmaq məcburiyyətində qalan Phulan Devi 11 il
məhbus həyatı yaşadıqdan sonra siyasi fəaliyyətinə başlamışdı. Onun
2001-ci ildə məhz törətdiyi cinayətlərin intiqamı olaraq
öldürüldüyü düşünülür.

Hindistan KİV-i Phulan Devinin quldurluq fəaliyyətini gizlətməyə
çalışsa da, onun həyatı haqqında “Quldurlar kraliçası” adlı film də
çəkilib.

Ulucay Akif

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp