Çay evində qanunsuz kazino



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Çay evi adı altında qanunsuz olaraq kazino oyunları
təşkil edən şəxslər qarşı xüsusi əməliyyat həyata
keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Publika.aza verilən məlumata görə, Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinə paytaxtın Xətai rayonu
ərazisində yerləşən çay evlərindən birində onlayn yolla kazino
oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil
olub.

Keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qeyd
edilən obyekt nəzarətə götürülüb və toplanan materiallar əsasında
həmin obyektdə kazino oyunlarının həyata keçirildiyi sübuta
yetirilib. Əməliyyat-axtarış tədbiri nəticəsində həmin obyektdə
onlayn kazino təşkil etməkdə şübhəli bilinən Şəki şəhər sakini
Midhəd Əhmədov, Lənkəran şəhər sakini Tehran Seyfullayev və Yevlax
şəhər sakini Rövşən Səlimov polis əməkdaşları tərəfindən
saxlanılıblar. Həmçinin həmin obyektdə qumar oynayan şəxslər də
müəyyən edilərək barələrində qanunvericiliyə uyğun müvafiq tədbir
görülüb.

Çay evinə baxış keçirilən zaman onlayn kazino proqramlarında
qeydiyyatdan keçmək üçün nəzərdə tutulan elektron avadanlıqlar,
noutbuklar, kompüterlər, müştərilər tərəfindən oynanılan kuponlar,
pul vəsaitləri, eləcə də iş üçün maraq kəsb edən digər maddi
sübutlar aşkar edilərək götürülüb.

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət
işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp