CAR-ın prezidenti istefa verdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma
istefa verib.

Bu barədə C.Zuma televiziya ilə xalqa müraciətində bildirib.

“Heç bir ittihamla razı deyiləm. Lakin nizam-intizamlı üzv kimi
partiyanın qərarına tabe oluram”, deyə C.Zuma bildirib.

CAR-da dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq
vitse-prezident Siril Ramafos icra edəcək.

Qeyd edək ki, fevralın 12-də Cənubi Afrika Respublikasının hakim
Milli Konqres Partiyası ölkə prezidenti Ceykob Zumaya postunu tərk
etmək üçün 48 saat vaxt vermişdi. Müxalifət 2014-cü ildən etibarən
C.Zumanı dövlət büdcəsindən böyük məbləğdə vəsaiti mənimsəməkdə
günahlandırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp