“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının nazirlərinin IV iclasında birgə bəyannamə imzalandı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində
nazirlərin dördüncü iclası başa çatıb.

İclasın yekununda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası
çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən “Birgə
Bəyannamə” imzalanıb.

Bununla yanaşı, iclasın yekununda “Albgaz” və “SOCAR Balkans”,
həmçinin “Plinacro”, “Albgaz”, “BH Gas” və “Montenegro Bonus”
arasında niyyət məktubları imzalanıb.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası
çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də,
ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı isə ötən
il fevralın 23-də keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp