Bu kampaniyanın arxasındakılar Azərbayacana düşmən mövqedə dayananlardır



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Azərbaycanda keçiriləck seçki ilə bağlı yaradılan
petisiya ermənipərəst qüvvələrin ölkəmizə qarşı növbəti təxribat
xarakterli fəaliyyətinin göstəricisidir”.

Bu sözləri Publika.aza açıqlamasında millət
vəkili Məlahət İbrahimqızı www.ipetition.com saytında xaricdə
yaşayan bir qrup azərbaycanlı tərəfindən ölkəmizdə aprelin 11-də
keçiriləcək prezident seçkilərinin ləğv olunmasını tələb edən
petisiyaya münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycanda aprelin 11-ə təyin
edilən seçki qərarı Konstitusiyaya tam uyğundur:

“Dəfələrlə mətbuatda seçkilərin önə çəkilməsinin səbəbləri izah
edilib. Bu vaxtı dəyişmək isə Konstitusiyanın Prezidentə verdiyi
səlahiyyətdir. Bir neçə gün əvvəl İtaliyanın Milan şəhərində
keçirilən məhkəmədə Luka Volonteyə qarşı iddiaların saxta olduğu
haqda qərar bir neçə ilə əvvəl ermənipərəst qüvvələrin Azərbaycana
qarşı şər-böhtan xarakterli iddiaları alt-üst etdi. Bu, bir daha
göstərir ki, ermənipərəst qüvvələr Azərbaycanın dünyada gündən-günə
artan gücünə, diplomatiyasına qarşı həyata keçirdiyi addımların
ifşa edildiyini göstərir. Ermənipərəst qüvvələr Azərbaycanın əldə
etdiyi uğurları qəbul etmir, buna görə də hər dəfə növbəti bir
hücum və böhtanlara əl atırlar. Buna baxmayaraq Azərbaycan öz
yolunu gedir, çünki bizim öz yolumuz, qanunvericiliymiz var. Biz
heç bir ölkənin daxili işinə qarışmırıq və heç bir ölkənin də
Azərbaycanın daxili məsələlərinə qarışmağa haqqı yoxdur. Çünki biz
müstəqil dövlətik, hər hansı dövlətin əyaləti deyilik. Hüquqi
dövlətik və qanunlarımızın imkan verdiyi qaydalara uyğun qərarlar
veririk. Aprel ayında keçiriləcək seçkilər də qanunun prinsiplərinə
uyğun olan qərardır”.

M.İbrahimqızı vurğulayıb ki, öz ölkəsinə qarşı qarayaxma
kampaniyasını Azərbayacana düşmən mövqedə dayananlar edə bilər.

“Azərbaycanın Konstitusiyası və zəngin milli qanunvericiliyi
var. Dünyanın bütün inkişaf etmiş ölkələrində seçki irəli çəkilir
və ya ərtələnir. Azərbaycan da müstəqil dövlətdir və öz qnaunları
ilə idarə edilir”, – deyə millət vəkili qeyd edib.

Xatırladaq ki, xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən
www.ipetition.com saytında Azərbaycanda aprelin 11-də keçiriləcək
prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiya
yaradılıb. Petisiyanın müəllifi Hollandiyada yaşayan Ataxan Əbilov,
Almaniyada yaşayan “Dünya Azərbaycanlıları Məclisi”nin sədri Rövşən
Qəmbər və hüquqşünas Qurban Məmmədlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp