Bu gün ilin ilk Günəş tutulması baş verəcək
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Bu gün ilin ilk Günəş tutulması baş
verəcək.
İlk Günəş tutulması bu gün Bakı vaxtı ilə saat 22:55:51-də qeydə
alınacaq və fevralın 16-da da davam edəcək.
Tutulma maksimuma 00:51:29-da çatacaq. Sonu saat 02:47:08-də
olacaq. Təbiət hadisəsi Cənubi Amerikanın cənub hissəsində və
Antarktidada müşahidə olunacaq.
Qeyd edək ki, bu il daha iki Günəş tutulması hadisəsi qeydə
alınacaq. Onlardan biri iyulun 13-də, digəri isə avqustun 11-də baş
verəcək. Budəfəki Günəş tutulmalarının hamısı qismən olacaq. Yəni,
bu vaxt Günəşin kiçik bir hissəsi tutulacaq. (report)